Naxçıvanda "Həyəcan" siqnalı verildi - Azərbaycan-Türkiyə hərbçiləri təlim rayonunda (VİDEO)
17:17 01 Avqust 2020

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Femida.az xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.
Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.
Femida.az
Oxunub: 9617
Oxşar xəbərlər
- Naxçıvanda əhalinin sayı 461 mini ötüb
- Naxçıvanın cinayətsiz region kimi statusu bundan sonra da qorunacaq
- Naxçıvanda yenidən zəlzələ oldu
- Naxçıvanda zəlzələ olub
- Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar verdi
- Ərdoğan qərar verdi: İğdır-Naxçıvan qaz kəməri çəkiləcək
- Güclü duman səbəbindən son 3 gündə Bakıdan Naxçıvana aviareyslər təxirə salınıb
- Naxçıvanın işğal olunmuş yeganə kəndi Azərbaycana qaytarılır
- Hulusi Akar: "Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq"
- Naxçıvan əhalisinin sayı 462 minə çatıb