Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub
18:12 01 Avqust 2020
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Femida.az -ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Belə ki, 1979-cu il təvəllüdlü Zamid Ağayev Güldədə Rzayev tərəfindən bıçaqlanıb. Z. Ağayev qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin sol payının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Şəhər ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Elməddin Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxunub: 1181
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb
- Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb