Bakı polisi: Sosial şəbəkələrdə “Bakı bu axşam” videogörüntüləri araşdırılıb
19:13 01 Avqust 2020
Sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 31-də gecə saatlarında Nəsimi rayonu, Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe, restoranın inzibatçı və müştərilərinin karantin rejim qaydalarını pozmaları müşaiyət olunub. Oradan alış-veriş etmiş bir qrup şəxs həmin kafe və restoranların qarşısında yerləşən parkda sosial məsafəni gözləmədən, 5 nəfərdən artıq qrup halında toplanaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq, əyləniblər.
Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə, Nəsimi RPİ tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Qeyd olunanları nəzərə alaraq, paytaxt sakinlərindən tələb edirik ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalara əməl etsinlər.
Oxunub: 1096
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR