Restoranlar, kafelər, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır - AÇIQLAMA


19:49     01 Avqust 2020 20_08_01_1596293435.jpg

Pandemiya qaydalarına riayət edilməsi şərti ilə müəyyən yumşaltmaların olması vacidbir. Eyni zamanda bu qaydaları ciddi şəkildə gözləməklə və COVİD-19 testindən keçməklə insanların rayonlara, çimərliklərə buraxılması təmin edilməlidir.


Femida.az xəbər verir ki, Bu fikirləri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib.

Doktor restoranların, kafelərin, metronun, əyləncə mərkəzlərinin ən azı ilin sonuna qədər qapalı qalmasını daha məqsədəuyğun sayıb: “Xəstəliyin yayılmaması üçün bu, başlıca şərtdir. Digər sahələrdə isə açılımlar, yumşalmalar ola bilər. Çünki qapanmadan insanlar daha çox sarsıntı keçirirlər”.

Yazgül Abdiyeva qeyd edib ki, yoluxma sayı nə qədər çox olsa, virusun virulentliyi azalmış olur: “Yəni, əvvəllər ölüm hadisələri daha çox olurdusa, bu, tədricən azalmağa doğru gedəcək. Çox guman ki, ölkəmizdə 80 faiz insan bu virusa yoluxacaq”.

Yazgül Abdıyeva bildirib ki, ABŞ-da, Avropa ölkələrində, Çində, Rusiyada vaksinlə bağlı hazırlıqlar gedir. Onun sözlərinə görə, ümumi kliniki nəticə əldə etmək üçün minimum 6 ay vaxt lazımdır.

Doktor “MERS” və “Sars” virusu kimi COVİD-19-un da zamanla yox olacağını və itəcəyi bildirib: “Bir müddət sonra bu virusun viruletliyi tamam azalacaq. Çünki hazırda ele adam var ki, virusu simptomsuz keçirir”.Teleqraf.com

Açar sözlər:

Oxunub: 976


Oxşar xəbərlər