Sirkə turşusu içən Şəmkir sakini xəstəxanaya yerləşdirilib


20:30     01 Avqust 2020 20_08_01_1596299451.jpg

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Röyal Musayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə 34 yaşlı kişi sirkə turşusunda zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 970