AYB-nin qurultayı nə vaxt keçiriləcək?


15:42     02 Avqust 2020 2019/07/ayb_1562853072.jpg

Pandemiya bitəndən dərhal sonra Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçiriləcək.


Bunu Kult.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qoca deyib.

AYB-nin katibi bildirib ki, əslində qurultayın vaxtı müəyyənləşdirilibmiş:

“Qurultay payızda keçirilməli idi. Amma sən saydığını say, gör fələk nə sayır. Pandemiya qurultayı keçirməyə imkan vermədi. İndi yollar da bağlıdır. Təyyarə reysləri yoxdur. Xaricdən qonaqlar gəlməlidir. İndi heç 5 nəfər bir yerə yığışa bilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 946