Ombudsman Fuad Qəhrəmanlıya baş çəkib
17:09 02 Avqust 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib.
Femida.az xəbər verir ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib.
F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər.
Təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb. Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib.
Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub, saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər yerində təmin edilib.
Yekunda Ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.
Femida.az
Oxunub: 1236
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub