İtkin düşən ABŞ hərbçiləri ölmüş elan edilib


18:52     02 Avqust 2020 20_08_02_1596378422.jpg

Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölmüş elan edilib.

Femida.az -ın məlumatına görə, bu barədə ABŞ-ın Dəniz Ekspedisiya İdarəsinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Komandanlıq 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Kaliforniya sahillərində hərbi təlim zamanı qəza baş verib. Nəticədə bir ABŞ hərbçisi həlak olub, daha səkkizi itkin düşüb.

Açar sözlər:

Oxunub: 1409