SON DƏQİQƏ! TƏBİB məlumat yaydı


20:38     02 Avqust 2020 20_08_02_1596386376.jpg

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 2-nə olan statistik göstəriciləri açıqlayıb.


Femida.az xəbər verir ki, hazırda ölkədə 4 868 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 267 nəfər reanimasiyada, 62 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün süni tənəffüs cihazında olanların sayı 64 idi.

Ümumilikdə 32 443 nəfər virusa yoluxub, 27 113 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6 727 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 738 963 test aparılıb.

Qeyd edək ki, bu gün 286 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 639 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 1144