Həftəsonu 400-dən çox avtomobil postlardan geri qaytarılıb


11:24     03 Avqust 2020 2020/07/karantin_1594219811.jpeg


Həftəsonu karantin postlarından 400-dən çox avtomobil geri qaytarılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindənFemida.az -a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.08.2020-ci il saat 00:00-dan 03.08.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 90-ı rayon, 115-i paytaxt istiqamətinə olmaqla 205, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 50-i rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105 avtomobil geri qaytarılıb.

Ümumilikdə 420 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Femida.az

Açar sözlər: #polis   #post   #karantin  

Oxunub: 3584