688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


11:25     03 Avqust 2020 20_08_03_1596439586.jpg


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı ictimaiyyətə təqdim edib.

İdarədən Femida.az-a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.08.2020-ci il saat 00:00-dan 03.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 429 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla ümumilikdə 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Femida.az

Açar sözlər: #polis   #dyp   #cərimə   #din  

Oxunub: 1918