Xızıda poçtdan oğurluq edildi
12:03 03 Avqust 2020
Xızıda poçtdan oğurluq edən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08.02.2020-ci il tarixində "Azərpoçt" MMC-nin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq orada olan seyfdən 1 063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb.
İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.
P.Ağazadənin ətrafında aparılan tədbirlərə onun digər cinayət əməlinin üstü də açılıb.
Belə ki, həmin şəxsin cari ilin iyul ayının 17-də Gizəzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.
Faktlarla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 1046
Oxşar xəbərlər
- Xızıda yük avtomobili aşıb, xəsarət alan var
- Xızıda sürücülərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb
- Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Xızıda hərbi helikopterin qəzaya uğramasının səbəbləri açıqlanıb
- Xızıda taksi sürücülərini aldadan şəxs saxlanılıb
- Xızıda “Qrad” mərmisi tapıldı
- Xızıda polis yolda qalan sürücülərə kömək edib
- Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub
- Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var
- FHN Xızıda qarlı yolda qalan şəxsləri xilas edib