Pulsuz hüquqi yardım həftəliyi keçirilir


13:06     03 Avqust 2020 2020/08/2B763FEE-D862-47B6-B6E0-5EB07F599558_1596445784.jpeg

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 30 iyul tarixli qərarı ilə Qurban bayramı və 30 iyul - Azərbaycan vəkilliyinin təşkili günü münasibətilə avqustun 3-dən 7-dək respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər (şifahi və yazılı formada) göstərilməsi üzrə kampaniya keçirilir.


Vəkillər Kollegiyasından Femida.az-a bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyət tətbiq olunan regionlarda pulsuz hüquqi yaradım xidmətləri vəkil qurumları tərəfindən distant, digər regionlarda isə birbaşa göstəriləcək.

Hüquqi yardım üçün müraciət etmək istəyən şəxslər qurumlarla aşağıdakı əlaqə vasitələr ilə əlaqə saxlaya bilərlər: https://barassociation.az/communities

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #vəkillərkollegiyası   #hüquqiyardım  

Oxunub: 8202