Dərman qaçaqmalçılığının qarşısı alındı


15:58     03 Avqust 2020 2020/08/dgk_d-1596455663_1596456025.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Mercedes-Benz 1223L" və "Mercedes-Actros 1841 LS" markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 40 ampul, 568 həb müxtəlif adda dərman preparatları, eləcə də 420 ədəd "Diox" markalı çay aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1059