Rayonda narkotik əkib-becərən saxlanıldı


16:15     03 Avqust 2020 2020/08/1596456332562_em18P2dz_1596457011.jpeg

Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirov saxlanılıb.

Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus kənd ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 2 kiloqram 105 qram olan 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Orxan Əmirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl şəxsi istifadəsi üçün əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 962