Həftəsonları bu şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək


17:00     03 Avqust 2020 avtobus_2612148.jpg

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər qüvvədədir.

Femida.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti qadağandır:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1095