Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
18:20 03 Avqust 2020
Operativ Qərargah icazə sistemi ləğv olunandan sonra kimlərin rayona getməsinə icazə verilməsinə aydınlıq gətirib.
Femida.az -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan ərazisində 31 avqusta qədər yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxış dayandırılıb: “Sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə istisnalar olmaqla, gediş-gəliş olmayacaq”.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə qeyd edib ki, Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcək: “Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı. İndi isə postlarda təqdim edəcəklər”.
Oxunub: 1396
Oxşar xəbərlər
- Rayonlara dolu yağıb
- Rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
- Rayonlara avtobusla gediş-gəliş bərpa olunur
- Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - AÇIQLAMA
- Rayonlara qar yağacaq - PROQNOZ
- Rayonlara gediş-gəliş bərpa olundu
- Rayonlara gediş-gəliş açılmayacaq
- Rayonlara gediş-gəlişin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
- Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
- Rayonlara gediş-gəlişlə bağlı qərar verildi