Uhanda fəaliyyət göstərmiş ekspert qrupu bu günlərdə Azərbaycana gələcək
19:14 03 Avqust 2020
“Koronavirusla mübarizə sahəsində Azərbaycan hökuməti beynəlxalq əməkdaşlığı davam etdirir”.
Femida.az -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün İtaliyadan olan bir qrup həmkar Azərbaycana gəlib: “Çindən də Uhanda fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə ölkəmizə gəlməsi nəzərdə tutulur”.
Oxunub: 1199