Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO
20:11 03 Avqust 2020
2020-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədbirlərdə tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib.
Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.
Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqələndirilməsi məqsədi ilə yeni tədris dövrünün ilk məşğələlərinin keçirilməsinə başlanılıb.
Bölmələrdə döyüş hesabatı və tapşırıqlar dəqiqləşdirilir, qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində həyəcan siqnalı ilə məşq etdirilir.
Oxunub: 1201
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
- Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb