Bakıda tanışını bıçaqlayaraq öldürən şəxs tutuldu
09:44 04 Avqust 2020

Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan Azvision.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 713
Oxşar xəbərlər
- Bakıda kişi özünü körpüdən atıb
- Bakıda süpürgəçi qadını avtomobil vurub
- Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub
- Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıda 554 küçə dezinfeksiya edilib - FOTO
- Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb
- Bakıda toz dumanı müşahidə edilir
- Bakıda sərnişin avtobusu motosikletlə toqquşdu, xəsarət alan var
- Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağını sındırdı