DSMF:Saxta əlilliklərin ləğvi sayəsində böyük məbləğdə qənaət olunub


10:13     04 Avqust 2020 20_08_04_1596523595.jpg


"Azərbaycanda saxta əlillik hallarının aşkarlanması və həmin şəxslərə ödənişlərin dayandırılması nəticəsində kifayət qədər böyük məbləğdə vəsaitə qənaət olunub”.


Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, əlilliyin təyinatına nəzarət gücləndirilib:

“2020-ci ilin 6 ayı ərzində 2600-ə yaxın saxta əlillik aşkar olunaraq dayandırılıb. Ümumilikdə əlilliklərin dayandırılması prosesindən Fond ayda 2,4 milyon manat qənaet edib".

Femida.az

Açar sözlər: #DSMF  

Oxunub: 1226