Narkotiklərlə bağlı 1933 nəfərə cinayət işi açılıb - İkisi vəzifəli şəxsdir


11:39     04 Avqust 2020 20_08_04_1596528734.jpg


Cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 fakt aşkar olunub.


Bu barədə Femida.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, onlardan 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 091,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil edib.

Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton 163 kq 710,6 qr (+16 ton 271 kq 409 qr) olan 271 min 712ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilib.

Bu ilin 6 ayında narkotiklərlə bağlı 1933 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Məsuliyyətə cəlb olunanlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edib.

Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olub.

Femida.az

Açar sözlər: #narkotik   #vəzifəli   #həbs   #hüquq   #mühafizə  

Oxunub: 2186