“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir
11:58 04 Avqust 2020
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.
Femida.az-ın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bü gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə bu qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.
Qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Layihədə 9 qanuna 20-yə yaxın dəyişiklik təklif edilir.
Layihə komitədə səsə qoyularaq, Milli Məclisin sabah keçiriləcək plenar iclasına tövsiyə edilib.
Femida.az
Oxunub: 4210
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Kamran Əliyev: "Qanun pozuntularına vaxtında müdaxilə etməliyik"
- MN: "Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb"
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib