Uşaqlarla qəddar rəftar edən valideynlər DİQQƏT! - Tədbir görüləcək
12:09 04 Avqust 2020
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası istiqamətində də tədbirlər həyata keçirəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, qurum xüsusilə də yetkinlik yaşına çatmayanların tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işlər aparacaq.
“Bu məqsədlə Agentliyin Nizamnaməsində onun üçün konkret istiqamətlər üzrə hüquq və vəzifələr müəyyən edilib.
Publik hüquqi şəxs olan Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən olunmuş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir”, - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 1002
Oxşar xəbərlər
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb