“Nazirlərin görüşü barədə məlumat yoxdur” - Hikmət Hacıyev


12:35     04 Avqust 2020 1428524739_hikmet-haciyev3.jpg


"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş barədə bizdə məlumat yoxdur".


Bunu Azvision.az -a açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir görüşün keçirilməsi ilə əlaqədar bizdə məlumat yoxdur", - deyə PA rəsmisi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "RİA Novosti" agentliyi ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında payızın əvvəllərində görüş keçirilə biləcəyinə dair məlumat yayıb.

Femida.az

Açar sözlər: #XİN   #nazir  

Oxunub: 899