Kişi təmizlik işləri apararkən ehtiyatsızlıqdan arvadını öldürdü
12:41 04 Avqust 2020
Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.
Qazax rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Femida.az
Oxunub: 1025
Oxşar xəbərlər
- Kişini şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul tələb edən şəxs SAXLANILDI
- Kişi əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında vəhşicəsinə öldürdü
- Kişinin boğazına bıçaq dayayıb ölümlə hədələdi - Bakıda quldurluq
- Kişinin bankda pulu varsa, qadın boşanma zamanı pay tələb edə bilərmi? - QANUN
- Kişi arvadını uşaqlarının önündə döyüb, qadın xəstəxanaya yerləşdirilib
- Kişi özünü evinin həyətində asdı
- Kişi şahmatçılarımız məğlub oldu
- Kişi bacısı ilə birləşib keçmiş arvadını döyüb
- Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü – 40 yaşdan sonra DİQQƏT
- Kişi qonşusunu öldürüb, cəsədini altı il mənzilin divarında gizlətdi