Qonşusunun evindən oğurluq edən saxlanıldı
14:43 04 Avqust 2020
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni qıraraq içəri daxil olub və oradan televizor, tozsoran, qızıl-zinət və digər məişət əşyalarını oğurlayıb. Zərərçəkən hadisə barədə Abşeron rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən məzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.
Əvəz Məmmədov barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 973
Oxşar xəbərlər
- Qonşusunun üzərindən at arabası ilə keçib onu öldürdü - TƏFƏRRÜAT
- Qonşusunun evini yardı
- Qonşusunun evini yaran şəxs tutuldu
- Qonşusunun itini öldürən kişi saxlanıldı -Azərbaycanda
- Qonşusunun 37 minini oğurlayıb, özünə maşın aldı - Təfərrüat
- Qonşusunun tövləsini yandıran şəxs saxlanıldı
- Qonşusunun evindən 1300 manat oğurladı