Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib


18:16     04 Avqust 2020 20_08_04_1596550660.jpg

Daha bir qrup Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan dövlət sərhədindən Vətənə gətirilib.

Femida.az -ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin hal-hazırda Dərbənd şəhərində olan nümayəndəsi Ruslan Quliyev məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən Dağıstan ərazisində qalan daha 260 vətəndaşımızın bu gün Rusiya-Azərbaycan quru sərhədindən keçərək vətənə gətirilməsi təmin olunub.

Açar sözlər:

Oxunub: 995