Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib


18:50     04 Avqust 2020 20_08_04_1596551853.jpg

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

Femida.az -ın xəbərinə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.

Açar sözlər:

Oxunub: 873