Tovuzda azyaşlını avtomaşın vurub


21:15     04 Avqust 2020 20_08_04_1596557786.jpg

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

2009-cu il təvəllüdlü Əli Ayvazov yolu keçmək istəyən zaman onu "VAZ 2107" markalı minik maşını vurub. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1099