Mingəçevirdə avtoqəza olub, xəsarət alan var


21:30     04 Avqust 2020 20_08_04_1596559738.jpg

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Samux küçəsindəki işıqforda qeydə alınıb.

"VAZ 2104" markalı minik maşını "Nissan" markalı avtomobillə toqquşub. Müxtəlif bədən xəsarəti alan "VAZ"-ın sürücüsü, 1958-ci il təvəllüdlü Niftəliyev Ramiq Mürşüd oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1356