XİN: Beyrutda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat daxil olmayıb


10:38     05 Avqust 2020 xin.jpg

Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Açar sözlər:

Oxunub: 1409