Azərbaycan XİN Livana başsağlığı verdi


11:01     05 Avqust 2020 20_08_05_1596610951.jpg

“Beyrut limanında baş verən dəhşətli partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk”.

Femida.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Livana verdiyi başsağlığında əksini tapıb.

“Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik", - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Açar sözlər:

Oxunub: 819