Büdcə layihəsi birinci oxunuşda qəbul edildi


13:32     05 Avqust 2020 20_08_05_1596620110.jpg


Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Femida.az xəbər verir ki, iclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

İclasda Maliyyə naziri Samir Şərifov da iştirak edib.

Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər: #büdcə   #milliməclis  

Oxunub: 688