Mərhum generalın oğluna vəzifə verilməsi ilə bağlı - Baş Prokurorluqdan AÇIQLAMA


14:01     05 Avqust 2020 2020/08/15135805695433944185_1000x669_1596621930.jpg


Baş Prokurorluq mərhum general Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Femida.az

Açar sözlər: #başprokurorluq   #general   #DMX  

Oxunub: 1074