Baş Prokurorluqda 100-dən artıq əmr ləğv edilib


14:55     05 Avqust 2020 2020/08/prok_esas_1596625149.jpg

İdarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, eləcə də struktur qurumlarla rayon (şəhər) prokurorluqları arasında münasibətlərin tənzimlənməsi kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 20 iyun 2020-ci il tarixli Sərəncamla təşkil edilmiş İşçi qrup tərəfindən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi hazırlanaraq, bütün struktur qurumlarda geniş müzakirəsi keçirilmiş, irəli sürülən təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.


Müzakirələrin nəticəsi olaraq, Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında “İşin Təşkili Qaydaları” təsdiq olunub və 1 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minmiş, həmin qaydaların qüvvəyə minməsi ilə əlaqədar, qurum üzrə 100-dən artıq əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunub.

Əlavə edilib ki, hazırda bu Qaydaların tələbləri rəhbər tutulmaqla, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında da “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesi davam etdirilməklə, ləğv olunmalı normativ sənədlərin siyahısı müəyyənləşdirilir.

Femida.az

Açar sözlər: #baş   #prokurorluq  

Oxunub: 1272