Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb
15:51 05 Avqust 2020
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Femida.az-a DİN-dən məlumat verilib.
Şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 867
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb