Azərbaycan-Türkiyə hərbi təlimlərdə zirehli texnikalar işə salındı - VİDEO


15:22     05 Avqust 2020 20_08_05_1596626588.jpg


Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.





Femida.az

Açar sözlər: #MN   #müdafiə   #ordu   #hərbi   #təlim   #Türkiyə   #Azərbaycan  

Oxunub: 8580