Azərbaycan-Türkiyə hərbi təlimlərdə zirehli texnikalar işə salındı - VİDEO
15:22 05 Avqust 2020

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.
Femida.az
Oxunub: 8164
Oxşar xəbərlər
- Türkiyə MN-dən 20 Yanvar paylaşımı: Unutmadıq!
- Qarabağ Dirçəliş Fondunun nizamnamə fondunun məbləği 1 milyon manatdır
- MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür
- “Amnesty International” dinc əhaliyə qarşı erməni hücumları ilə bağlı hesabat yaydı
- MN: “Qaynar xətt”ə 15 mindən artıq müraciət daxil olub
- MN: Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb
- ƏƏSMN: Əlavə məbləğ təqaüdlərlə birləşdirilməklə veriləcək
- Medianın İnkişafı Agentliyinin Nizamnaməsi
- MN: Şəxsi heyətin təminatı ilə bağlı tədbirlər davam etdirilir - VİDEO
- MN Vətən müharibəsində 2841 nəfər şəhid olub - SİYAHI