DSX İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı aldı


17:04     05 Avqust 2020 dsx21%20may.jpg


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixo­trop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.


Bu barədə Femida.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

04 avqust tarixdə, saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Horadiz-İmişli istiqa­mətindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli “Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsü­nün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz-Bakı avtomaqistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sürücüsünün 1989-cu il təvəllüdlü Cəbrayıl rayonunun Mehdili kən­dində anadan olan Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilmiş, onun üzə­rinə və avtomobilə baxış keçirilən zaman ümumi təxmini çəkisi 23 kilo­qram 600 qram narkotik vasitə və psixotrop maddəyə (1 kq 62 qr “marixuana”ya, 15 kq 256 qr “heroin”ə, 3 kq 964 qr “metamfetamin”ə, 2 kq 122 qr “həşiş”ə və 1460 ədəd “Metadon-40” həbinə) oxşar maddələraşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #dsx   #narkotik  

Oxunub: 937