Bu ilin 6 ayında korrupsiya ilə bağlı 22 cinayət işi başlanıb
17:00 05 Avqust 2020
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin I yarımili ərzindəvətəndaşların 3 927 müraciətinə baxıb, həmçinin 123 cinayət xarakterli material araşdırılıb.
Femida.az xəbər verir ki, bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Bildirilib ki, həmin materialların 96-sı (78 %) üzrə cinayət işi başlanıb, 27 (22 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib.
Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edən, keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 22 cinayət işi başlanıb.
İlin ilk altı ayı ərzində Baş İdarədə 129 şəxs barəsində 91 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 15 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 29 şəxs barəsində 24 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 7 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 10 şəxs barəsində 6 iş rüşvət alma (passiv rüşvətxorluq), 32 şəxs barəsində 19 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər faktlarla əlaqədar olub.
Femida.az
Oxunub: 1202
Oxşar xəbərlər
- Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, idarə rəisi saxlanılıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub
- Fikrət Məmmədov beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib
- Ermənistandan korrupsiyada təqsirləndirilən məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb
- “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsi müzakirə olunub
- DİM sədri: "Mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edib"
- "Səylərimiz korrupsiya və çirkli pulların yuyulmasına qarşı yönəlib" - Nazir müavini
- Antikorrupsiya tədbirləri bütün dövlət qurumlarını əhatə edəcək