İlin ilk 6 ayındakı cinayətlərin STATİSTİKASI
17:03 05 Avqust 2020
Bu ilin 6 ayı ərzində 78 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb.
Femida.az xəbər verir ki, bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarımili ilə müqayisədə 5 hadisə azalıb. Artım tendensiyası müşahidə edilən cinayətlər qəsdən sağlamlığa ağır zərər vurma 13,6 faiz, zorlama 57 faiz, narkotik vasitələrin qanunsuz dövriyyəsi 17,5 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 15,4 faiz, soyğunçuluq 4,8 faiz, quldurluq 4,2 faiz, oğurluq isə 1,3 faiz artıb ki, bu tendensiyanın səbəbləri təhlil edilməklə qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi təmin ediləcək.
Ümumilikdə ölkə üzrə cəmi 6.933 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 827-si prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları 349, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 070 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib, prokurorluq orqanlarında 478, ümumilikdə isə 1.863 cinayət işinin icraatına xitam verilib.
Respublika üzrə qeydə alınan cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizinin, yəni 46 milyon manat hissəsinin ödənilməsinə nail olunub.
Femida.az
Oxunub: 985
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib