Məktəbdən oğurluq edən şəxs tutuldu


18:05     05 Avqust 2020 2020/08/4D6ECFFC-3B36-4984-B570-A4192296EC19_1596636126.jpeg

İmişlidə məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, İmişli rayonun Otuziki kənd orta məktəbinin inzibati binasından 5500 manat dəyərində altı noutbuk və bir televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Məlikov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 854