Bu saatlarda ekspress avtobusların sayı artırılacaq - RƏSMİ


18:52     05 Avqust 2020 1450100755_bakubus_0124.jpg



“Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib”.

Femida.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook”da yazıb.

Onun sözlərinə görə, ehtiyat avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “”20 Yanvar” və “İçərişəhər” stansiyaları istiqamətində toplanıb: "Eyni qaydada səhər pik saatlarında tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür".

Femida.az

Açar sözlər:

Oxunub: 675