Bakıda işıqforların sayı artırılır
19:04 05 Avqust 2020

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyada işıqforlarının və nizamlanan yol kəsişmələrinin sayının artırılması, nəqliyyat axınına uyğun idarə olunması və saxlanılması istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.
BNA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin fəaliyyət dövrü ərzində 19 yol kəsişməsində yeni işıqfor obyektləri quraşdırılıb, piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması məqsədilə 7 məntəqədə xüsusi düymə ilə idarə olunan işıqforlar quraşdırılaraq nizamlanan piyada keçidləri təşkil edilib,14 məntəqədə mövcud işıqfor obyektlərinə əlavə piyada bölmələri yerləşdirilib, görmə məhdudiyyətli şəxslərin rahatlığı və təhlükəsizliyi üçün 4 məntəqədə mövcud işıqfor dirəklərinə çağırıcı qurğular quraşdırılıb, Ş.İ.Xətai prospektinin Ə.Ağaoğlu və Dəmirçizadə küçələri ilə kəsişmələrində mövcud işıqforlar smart tipli işıqforla əvəz edilib.
Həmçinin Xəzər rayonu, Binə qəsəbəsində ilk dəfə olaraq Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılmış, işıqfor dirəklərinin üzərinə görmə məhdudiyyətli şəxslərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi səsgücləndirici qurğular yerləşdirilmişdir. Artıq istifadəyə verilmiş işıqfor obyektlərinin aşağıda göstərilmiş üstünlükləri vardır:
Piyadaların, xüsusilə görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyi və rahatlığı təmin edilmiş
Xaotik hərəkətin qarşısının alınması nəticəsində nəqliyyat ləngimələri aradan qaldırılıb.
Bundan başqa, yarana biləcək tıxac və sıxlıq hallarının qarşısının alınması üçün ərazidə qanunsuz parklanmalara qarşı mübarizə tədbirləri də gücləndirilib.
Hazırda bütün istiqamətlər üzrə görülən işlər davam etdirilir. Cari ilin sonuna kimi daha 30 məntəqədə yeni işıqfor obyektlərinin quraşdırılması planlaşdırılır.
Ümumilikdə isə hazırki şəraitdə Bakı şəhərinin 342 məntəqəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti işıqforlar vasitəsilə nizamlanır ki, bunların 153 ədədi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Nəqliyyat axınına uyğun olaraq həmin işıqfor obyektlərinin faza vaxtları tənzimlənir, günün əsasən pik saatlarında ehtiyac olduğu təqdirdə yaşıl dalğa əmri verilir.
Femida.az
Oxunub: 906
Oxşar xəbərlər
- Bakıda kişi özünü körpüdən atıb
- Bakıda süpürgəçi qadını avtomobil vurub
- Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub
- Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıda 554 küçə dezinfeksiya edilib - FOTO
- Bakıda istehlaka yararsız süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb
- Bakıda toz dumanı müşahidə edilir
- Bakıda sərnişin avtobusu motosikletlə toqquşdu, xəsarət alan var
- Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağını sındırdı