Bakıda karantini pozan restoran aşkarlandı - FOTO


20:48     05 Avqust 2020 2020/08/1596639645567_7vYzVPJr_1596646309.jpeg

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb.

Femida.az-ın məlumatına görə, Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən kafeyə yollanıb. Restoranda 8 nəfər müştərinin olduğu müəyyən edilib. Müştərilərdən biri isə iaşə obyektindən qaçmağa çalışsa da saxlanılıb.

Restoran rəhbəri barəsində toplanılan materiallar məhkəməyə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1304