Türkiyədə koronavirusla bağlı son statistika


21:26     05 Avqust 2020 2020/08/f5deee27-b06b-432d-a736-e5a9c5b9f4ab_1596649531.jpg

Son sutkada Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 784 nəfərə çatıb.

Son sutkada Türkiyədə koronavirusa 1 178 yeni yoluxma qeydə alınıb. Hazırda qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 236 112 nəfər təşkil edir.

Fahrettin Koca qeyd edib ki, bu gün 1 015 koronavirus pasiyenti sağalıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 219 506 nəfərə yüksəlib.

Xatırladaq ki, Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 851