Vəkili Fuad Qəhrəmanlı ilə bağlı iddiaları yalanladı


21:54     05 Avqust 2020 fuad.jpg

AXCP funksioneri Fuad Qəhrəmanlının vəkili Araz Həsənov son günlər hüquqlarını müdafiə etdiyi şəxslə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Femida.az xəbər verir ki, vəkil F.Qəhrəmanlının işgəncə və psixi zorakılığa məruz qalması barədə məlumatların əsassız olduğunu deyib.

"Onun işgəncə və psixi zorakılığa məruz qalması haqqında yayılan məlumatlar dezinformasiyadır. Heç bir əsası yoxdur. Fuad Qəhrəmanlı istintaq ifadəsini mənim iştirakımla şərbəst şəkildə verib. Vəziyyəti və sağlamlıq durumu yaxşıdır", deyə vəkil qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 897