“Həzi Aslanov küçəsinin adı dəyişdirilməyib” - İcra Hakimiyyəti


11:02     06 Avqust 2020 2020/08/polad-1596696370_1596697515.jpg

Qəbələ rayonunda Həzi Aslanov küçəsinə Polad Həşimovun adının verilməsi barədə məlumat həqiqətə uyğun deyil.

Femida.az xəbər verir ki, bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edək ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 567


Oxşar xəbərlər