Döyüb 70 min manatlıq qızılını əlindən aldılar


12:48     06 Avqust 2020 2019/03/doyub-dava-doymek_1552288598.jpeg

Lənkəran rayon Polis Şöbəsinə avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1009